Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycan şərabları Çinin Nankin və Sian şəhərlərində tanıdılıb
İQTİSADİYYAT

Azərbaycan şərabları Çinin Nankin və Sian şəhərlərində tanıdılıb

04 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Çinin Nankin və Sian şəhərlərində Azərbaycan şərablarının tanıdılması məqsədilə tədbirlər keçirilib.

Paraqraf.com bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 27 noyabr-4 dekabr tarixlərində keçirilən tədbirlər Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının, Nankin və Sian şəhərlərində fəaliyyət göstərən Azərbaycan ticarət evlərinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirlərin keçirilməsində məqsəd Azərbaycan şərablarının Çin bazarında tanıdılması, ölkəmizin ixrac potensialının artırılması və bazara çıxış imkanlarının genişləndirilməsinə töhfə verməkdir.

Tədbirlərdə çinli şərab idxalçıları və alıcılarına Azərbaycan şərablarının qədim tarixi, hazırda ölkəmizdə şərabçılığın inkişafı üzrə görülən işlər barədə məlumat verilib. Həmçinin tanınmış şərab mütəxəssisi Kevin Dinq tərəfindən master-klass və şərab dequstasiyaları keçirilib.

Tədbirlər çərçivəsində potensial çinli tərəfdaşlarla əməkdaşlıq imkanları müzakirə olunub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ADB xarici şoklara qarşı həssaslığı azaltmaqda Azərbaycana kömək edəcək

Next

Bakıda yeraltı keçiddə eskalator QIRILDI: Xəsarət alanlar var

Copyright 2026— Praqraf.com. All rights reserved