Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib
SİYASƏT

Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib

04 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

“Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, “ASAN xidmət”in tərəfdaşlığı ilə Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirilib.

Paraqraf.com xəbər verir ki, ölkənin 3 min 500-ə yaxın könüllüsünü bir araya gətirən forum “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.

Eyni zamanda, forum çərçivəsində ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib. Sərgi zamanı könüllü təşkilatlarının fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, ədliyyə nazirinin müavini Toğrul Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış edərək ölkədəki könüllülük fəaliyyətinin təşviqi və inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs ediblər.

Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev tədbir iştirakçılarına İittifaqın 2025-ci il ərzində həyata keçirdiyi layihələr və fəaliyyəti barədə məlumat verib.

Daha sonra 44 günlük Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş videoçarx, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən videohesabatlar nümayiş etdirilib.

Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş önəmli addım olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə “İlin Könüllüsü” mükafatı ilə təltif olunub.

Tədbirin yekununda xatirə fotosu çəkilib.

Qeyd edək ki, 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən 5 Dekabr tarixinin Beynəlxalq Könüllülər Günü elan edilməsi ilə əlaqədar artıq 7 ildir Azərbaycanda hər ilin dekabr ayında “Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilir.

Bu il də dekabrın 4-17-də davam edəcək növbəti “Azərbaycan Könüllülük Həftəsi” təşkil olunub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ceyhun Bayramov Kaya Kallas ilə görüşüb

Next

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının irəliyə aparılması imkanları müzakirə olunub

Copyright 2026— Praqraf.com. All rights reserved