Azərbaycan Həndbol Federasiyasında yeni təyinat olub
Azərbaycan Həndbol Federasiyasında (AHF) yeni təyinat olub.
Paraqraf.com xəbər verir ki, bu barədə Həndbol Federasiyasından bildirilib.
“Azəryol” həndbol komandasının sabiq baş məşqçisi Vidadi Əliyev AHF-nin cənub bölgəsi üzrə koordinatoru təyin edilib. Onun rəhbərliyi ilə Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında 2012–2013-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılacaq.
Qeyd edək ki, V.Əliyev daha əvvəl kişilərdən ibarət “İdman Akademiyası” ilə yanaşı, milli komandanın baş məşqçisi vəzifəsində çalışıb.
Paraqraf.com
![]()