Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Allahşükür Paşazadə: Erməni kilsəsi və diasporası sülh prosesini pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır
SİYASƏT

Allahşükür Paşazadə: Erməni kilsəsi və diasporası sülh prosesini pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır

04 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycan və Ermənistanın siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırki vəziyyətdə erməni kilsəsi və erməni diasporası bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır.

Paraqraf.com-un məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayeri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O xatırladıb ki, dini liderlərin Uca Yaradan qarşısında mənəvi missiyası sülhə xidmətdir.

Görüşdə Şeyxülislam A. Paşazadə Azərbaycanda mövcud unikal multikultural həyat tərzi haqqında, ölkə rəhbərinin səy və təşəbbüsləri sayəsində dövlətimizin beynəlxalq dinlərarası dialoq müstəvisində qabaqcıl rolu, dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin dünya miqyasında dinlərarası əməkdaşlıq istiqamətində fəaliyyəti barədə danışıb. Azərbaycanda tarixən mövcud olan tolerant mühit, bütün xalqların və dinlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə bir ailə kimi mehribanlıq və əmin-amanlıq şəraitində yaşaması məmnunluqla vurğulanıb.

Şeyxülislam A. Paşazadə görüşdə iştirak edən Azərbaycandakı dini konfessiyaların rəhbərlərini qonaqlara təqdim edərək xüsusi qeyd edib ki, yalnız qonaqlarla görüşərkən deyil, biz hər zaman bir yerdəyik, bütün tədbirlərdə birgə iştirak edirik. Digər dini və etnik icmaların nümayəndələri ilə yanaşı, yəhudi icmasına dövlət səviyyəsində yaradılan şərait və göstərilən diqqət, qayğı yüksək qiymətləndirilib, yəhudilərin ölkəmizin ictimai həyatında fəal iştirakı qeyd edilib.

A. Paşazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında hazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığı, Böyük Qayıdışın həyata keçirildiyi haqda qonaqlara məlumat verib:

“Azad olunmuş torpaqlarımızda mənşəyindən asılı olmadan bütün dini məbədlər – məscidlər, kilsələr, o cümlədən, erməni mənşəli dini obyektlər təmir olunur”, – deyə o qeyd edib.

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer Azərbaycan dövlətinin və dini liderinin dünya miqyasında mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfələrdən danışıb. Azərbaycanın evsahibliyi etdiyi və dünyanın nüfuzlu dini liderlərini mütəmadi bir araya gətirdiyi beynəlxalq forumların əhəmiyyətini vurğulayıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Salyanda avtomobil 20 başdan çox xırdabuynuzlu heyvanı vuraraq tələf edib

Next

“Yasamal” bazarı və “İnşaatçılar” metrostansiyası ətrafında qanunsuz küçə satışına qarşı reyd keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved