AFFA 4 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
Paraqraf.com xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
U-14 Qızlar Liqasında “Pirallahı” və “Ümid” komandalarına heyətdə yetərsay olmadığı üçün texniki məğlubiyyət verilib.
AFFA Region Liqasında “Ərgünəş” komandasına “Real”la matçda təcili tibbi yardım maşını və ya həkim briqadası təmin etmədiyinə, “Bakı”ya isə “Mərcanlı” ilə oyunda heyətində lisenziyası olmayan futbolçu oynatdığına görə texniki məğlubiyyət verilib.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
