Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tailandda spirtli içki satışı ilə bağlı 50 illik qadağa ləğv edildi
DÜNYA

Tailandda spirtli içki satışı ilə bağlı 50 illik qadağa ləğv edildi

03 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Tailandda nahar vaxtı spirtli içki satışına 50 ildən çoxdur tətbiq olunan qadağa ləğv edilib.

Paraqraf.com TASS-a istinadən xəbər verir ki, müvafiq fərman “Kral qəzeti”ndə (“Royal Gazette”) dərc edildikdən sonra qüvvəyə minib.

Beləliklə də, ölkədə saat 14:00-dan 17:00-dək spirtli içki satışına icazə veriləcək. Bu tədbir altı ay müddətində eksperimental əsasda tətbiq olunacaq, bundan sonra onun iqtisadi və sosial faydalarının qiymətləndirilməsi aparılacaq, nəticələrə əsasən uzadılması və ya ləğv edilməsi barədə qərar veriləcək.

Eyni zamanda gecə yarısından 11:00-dək spirtli içki satışına qoyulan mövcud qadağa qüvvədə qalacaq. Bar və restoranlar üçün məhdudiyyətlər yumşaldılacaq və müştərilər satış dayandırıldıqdan sonra əlavə bir saat (saat 1:00-a qədər) ərzində də alkoqol qəbul edə biləcək.

Spirtli içki satışına məhdudiyyətlər beynəlxalq hava limanlarının terminallarında gedən və gələn sərnişinlərə, eləcə də lisenziyalı əyləncə məkanlarına və bəzi hotellərə şamil edilməyəcək.

Qeyd edək ki, Tailandda spirtli içki satışına məhdudiyyətlər 1972-ci ildə iş yerində gündüz vaxtı alkoqol qəbul edilməsinin qarşısını almaq üçün tətbiq edilib.

Alkaqollu içkilərin satış cədvəlinin ləğvi ilə bağlı təklif artan əməliyyat xərcləri və ərzaq qiymətlərindən şikayətlənən restoran biznesinin sahibləri ilə görüşdən sonra – 2024-cü ildə o vaxtkı baş nazir Settha Thavis tərəfindən irəli sürülüb.

Tailand hakimiyyəti qəbul edilən düzəlişlərin iqtisadi aktivliyi təşviq edəcəyinə və ölkənin turizm cəlbediciliyini artıracağına ümid edir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Naxçıvanda narkotikin təsiri altında olan sürücü SAXLANILDI

Next

“Neftçi”nin 33 mövsümlük seriyası qırıldı

Copyright 2026— Praqraf.com. All rights reserved