Şənbə günü parklanmanın ödənişli olması məsələsi sürücülər arasında müzakirə mövzularından birinə çevrilib. Bir çox ölkələrdə həftəsonu və bayram günləri parklanma pulsuz olduğu üçün Azərbaycanda da bu qaydanın niyə tətbiq edilmədiyi barədə suallar yaranır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Paraqraf.com”un sorğusuna cavab olaraq bildirib ki, şənbə və bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
Visited 12 times, 1 visit(s) today
