Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycanda yeni topoqrafik xəritə hazırlanıb
CƏMİYYƏT

Azərbaycanda yeni topoqrafik xəritə hazırlanıb

03 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanda Dünya Geodeziya Qlobal Sistemi (WGS-84) əsasında yeni topoqrafik xəritə hazırlanıb.

Paraqraf.com “Report”a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Azər Əliyev dekabrın 3-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclasında məlumat verib.

Onun sözlərinə görə, xəritə Geodeziya və Kartoqrafiya Agentliyi tərəfindən Vətən müharibəsindən sonra Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə hazırladığı texniki tapşırığa uyğun olaraq tərtib edilib.

A.Əliyev bildirib ki, Azərbaycanda tətbiq olunan rəqəmsal modellər uzun müddətdir müdafiə və təhlükəsizlik sahəsində inkişaf etdirilir:

“Bu sistemlərin əsasında relyefin müəyyən edilməsi, yüksəklik modelləri, ortofoto xəritələr, rəqəmsal sərhəd xəritələri, çoxölçülü məkansal məlumatlar və digər komponentlər dayanır. Bu isə müasir tələblərin dəyişməsini və yenilənməsini zəruri edir”.

İdarə rəisi, həmçinin xatırladıb ki, ötən il Ankarada qəbul edilmiş bəyannaməyə uyğun olaraq TDT ölkələrinin Vahid Tematik Xəritəsinin hazırlanması da iclasın müzakirə mövzuları sırasındadır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Zirə”nin legioneri yubiley matçına çıxıb

Next

Zelenskinin ABŞ təmsilçiləri ilə görüşləri təxirə salındı

Copyright 2026— Praqraf.com. All rights reserved