Əvvəllər hər şeyi “əzbərləyən” beynimiz indi sadəcə “qeyd edir”. İnsanlar naviqasiyasız hətta ən yaxın ərzaq mağazasına belə gedə bilmirlər. Bu hal isə “rəqəmsal demans” yaşayırıqmı sualını gündəmə gətirir. Artıq xatirələrimizi də özümüzlə deyil, cibimizdə gəzdiririk.
Paraqraf.com xarici mediaya istinadən xəbər verir ki, telefonun batareyası tükəndikdə, sanki təkcə cihazdan deyil, həyatımızdan da ayrılırıq. Səhər yataqdan qalxan kimi ilk işimiz telefonu yoxlamaq, gecə isə yatmazdan əvvəl gördüyümüz son şey həmin ekran olur.
Lakin bu rahatlığın ağır bədəli var: beynimizin fəaliyyəti zəifləyir, diqqətimiz isə 70 faizədək azalır. Hətta bu problemin tibbi adı da formalaşıb – “rəqəmsal demans”. Bir vaxtlar onlarla rəqəmi yadda saxlayan beyin indi ən sadə məlumatı belə xatırlamaqda çətinlik çəkir. Çünki artıq beyin “Onsuz da hər şeyi telefon bilir, özümü yormamağa dəyər” prinsipi ilə işləməyə başlayır.
Mütəxəssislər bildirirlər ki, diqqət çatışmazlığının əsas səbəbi mobil telefon, planşet və kompüterlərdən həddindən artıq istifadədir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
