Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Məktəblilərarası Milli Hakaton-2025 müsabiqəsinin qalibləri mükafatlandırılıb
ELM VƏ TƏHSİL

Məktəblilərarası Milli Hakaton-2025 müsabiqəsinin qalibləri mükafatlandırılıb

01 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Məktəblilərarası Milli Hakaton-2025” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Paraqraf.com xəbər verir ki, yarışa ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb.

Onlardan yalnız 300 nəfər final mərhələsinə vəsiqə qazanaraq öz layihələrini təqdim etmək imkanı əldə edib.

Final mərhələsi noyabrın 28-30-da baş tutub. Bu mərhələdə komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə layihələr hazırlayaraq veb-saytlar, mobil tətbiqlər və oyunlar formasında münsiflər heyətinə təqdim ediblər. Yarışın sonunda 6 qalib komanda müəyyən olunub.

Tədbirdə 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar hədiyyə və sertifikatlarla təltif olunub. Digər finalçı komandalar isə iştirak sertifikatları ilə mükafatlandırılıb.

Qeyd edək ki, bu müsabiqənin əsas məqsədi məktəblilər arasında proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, onların İT sahəsində biliklərini artırmaq və istedadlı şagirdlər üçün gələcək inkişaf imkanları yaratmaqdır.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Bir Kredit” BOKT 2 milyon manatlıq istiqraz buraxır

Next

Azərbaycan və İtaliya arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Copyright 2026— Praqraf.com. All rights reserved