Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 1
  • Azərbaycan və BƏƏ əməkdaşlığın 5 əsas istiqamətində alt komitələr yaradacaq

Azərbaycan və BƏƏ əməkdaşlığın 5 əsas istiqamətində alt komitələr yaradacaq

admin 01 Dekabr 2025 3 minutes read
download (6)
PAYLAŞIN:

Azərbaycan və BƏƏ beş əsas sektor üzrə alt komitələrin yaradılması barədə razılığa gəlib.

Paraqraf.com xəbər verir ki, bu barədə BƏƏ XİN-in Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin noyabrın 28-də Əbu-Dabidə keçirilən birinci iclasının yekununa dair yaydığı bəyanatda qeyd olunur.

Məlumata görə, alt komitələr siyasət və diplomatiya, iqtisadi əməkdaşlıq, müdafiə və hüquq-mühafizə fəaliyyəti, humanitar əməkdaşlıq (təhsil, mədəniyyət və qabaqcıl texnologiyalar), həmçinin enerji əməkdaşlığı və davamlı inkişaf sahələrini əhatə edir.

BƏƏ XİN qeyd edib ki, Strateji Komitənin toplanması ikitərəfli tərəfdaşlığın dərinliyini və ümumi strateji baxışı vurğulayıb və Bakı ilə Əbu-Dabinin prioritet istiqamətlərdə ixtisaslaşmış institusional platforma vasitəsilə qarşılıqlı fəaliyyəti gücləndirmək əzmini təsdiqləyib.

İclasa BƏƏ-nin dövlət naziri Səid Əl Həcəri və Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sədrlik edib. Görüşdə hər iki ölkənin dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Səid Əl Həcərinin sözlərinə görə, bu cür görüşlər iki dövlət arasında sürətlə inkişaf edən əlaqələri əks etdirir və qarşılıqlı maraq dairəsinə daxil olan sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

Görüş zamanı tərəflər beşillik yol xəritəsinin həyata keçirilməsi mexanizmlərini müzakirə edib və bir sıra birgə prioritet layihələri nəzərdən keçiriblər.

İclasın yekunu üzrə komitənin növbəti görüşünün Bakıda keçirilməsi qərara alınıb, bu isə tərəflərin dialoqun daha da dərinləşdirilməsinə sadiqliyini vurğulayır.

Xatırladaq ki, komitə 2025-ci il sentyabrın 16-da imzalanmış Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq yaradılıb.

Paraqraf.com 

Loading

Visited 2 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: AFFA nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
Next: Azərbaycan Qazaxıstana pomidor satışını bərpa edib

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.