Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/AFFA nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
İDMAN

AFFA nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

01 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri, SCALE layihəsinin Azərbaycan üzrə koordinatoru Kifayət Mustafayeva, təlimçilər Gülyana Özcan və Ofeliya Qafarova Maltadakı beynəlxalq konfransda iştirak ediblər.

Paraqraf.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Malta Futbol Federasiyasının təşkil etdiyi tədbir Attard şəhərində yeni istifadəyə verilmiş Milli komandalar üçün qərargahda baş tutub.

Konfrans çərçivəsində nümayəndə heyəti layihənin Azərbaycanda uğurla icrası, meydança fəaliyyətləri və “ikili karyera” modeli üzrə məktəb proqramlarının tətbiqi ilə bağlı təqdimatlar edib. Tədbirdə layihənin tərəfdaş ölkələri – Azərbaycan, Rumıniya, İtaliya, Moldova və Malta arasında cari vəziyyət, əldə olunan nəticələr və növbəti mərhələlər üzrə fəaliyyət planı müzakirə olunub.

SCALE layihəsinin əsas məqsədi gənc futbolçuların idman fəaliyyətləri ilə yanaşı, akademik inkişafını dəstəkləmək, onların məktəb dərsləri və təlim prosesini futbol məşqləri ilə paralel şəkildə davam etdirmələrinə şərait yaratmaqdır. Layihə gənclərin təhsil və idman arasında balansın qorunmasına yönəlmiş “ikili karyera” modelinin inkişafını hədəfləyir.

Qeyd edək ki, SCALE layihəsi 2023-cü ildən etibarən AFFA-nın təşkilatçılığı ilə həyata keçirilir və bu müddət ərzində 10 məktəb və 5 klub (oğlan və qız futbolçular daxil olmaqla) layihəyə cəlb olunub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gürcüstandan Azərbaycana heyvan idxalına qoyulan məhdudiyyət aradan qaldırılıb

Next

Azərbaycan və BƏƏ əməkdaşlığın 5 əsas istiqamətində alt komitələr yaradacaq

Copyright 2026— Praqraf.com. All rights reserved