Ukrayna və ABŞ nümayəndə heyətləri Rusiya–Ukrayna müharibəsinə son qoymağa yönələn sülh planı ilə bağlı danışıqları davam etdirmək üçün Floridada görüş keçirib.
Paraqraf.com xəbər verir ki, müharibənin dayandırılması üçün diplomatik səylər intensivləşib və tərəflər sülh planının detalları üzərində müzakirələr aparıblar.
Görüşdə ABŞ dövlət katibi Marko Rubio və ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak ediblər.
Marko Rubio bildirib ki, təqdim olunan planın məqsədi təkcə müharibəni dayandırmaq deyil, həm də Ukraynanın suverenliyini və müstəqil dövlət kimi mövcudluğunu təmin etməkdir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
