Korrupsiya ittihamı ilə üzləşən İsrailin Baş naziri Benyamin Netanyahu Prezident İsaak Herzoqa əfv üçün rəsmi müraciət təqdim edib. Bu vəsatət onun vəkili vasitəsilə edilib.
Paraqraf.com xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu prezident İsaak Herzoqa əfv üçün rəsmi müraciət təqdim edib.
Sənədlər arasında Netanyahunun vəkili Amit Hadadın hazırladığı 111 səhifəlik sorğu və Netanyahunun imzaladığı məktub var. Hersoqun ofisi sorğunun tam mətnini ictimaiyyətə təqdim edib.
Hadad isə bildirib ki, bu tələbi qəbul etmək Baş nazirə bütün vaxtını, istedadını və enerjisini bu kritik dövrlərdə İsrailin tərəqqisinə həsr etməyə imkan verəcək. Bu tələbin qəbul edilməsi müxtəlif ictimai seqmentlər arasında fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edəcək, gərginliyin intensivliyinin azaldılmasına zəmin yaradacaq və bütün bunlar ölkənin milli rifahının güclənməsinə xidmət edəcək.
Prezident ofisi Ədliyyə Departamenti ilə məsləhətləşdikdən sonra Hersoqun müraciətinə baxacağını bildirib.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
