Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti iki həftəlik fasilədən sonra sabah Beştəpədə toplanacaq. İclasın əsas gündəm mövzusu “terrorsuz Türkiyə” hədəfinə doğru aparılan proses və bu istiqamətdə son durum olacaq.
Paraqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, toplantıda PKK-nın ləğvi və tərksilah prosesi, həmçinin təşkilatın Zap bölgəsində fəaliyyətini dayandırmasından sonra sahədən gələn son hesabatlar müzakirə ediləcək.
Parlament komitəsinin kritik həftəyə daxil olması fonunda kabinetin də proseslə bağlı geniş qiymətləndirmə aparacağı gözlənilir.
İclasın xarici siyasət gündəmində isə Rusiya–Ukrayna müharibəsi və Qəzzadakı son vəziyyət yer alacaq.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
