Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 30
  • Gündəlik hərəkətimizi çətinləşdirən gecikmələrin səbəbləri

Gündəlik hərəkətimizi çətinləşdirən gecikmələrin səbəbləri

admin 30 Noyabr 2025 2 minutes read
1758312328_1758288788_ictimai-nq
PAYLAŞIN:

Son vaxtlar ictimai nəqliyyatda, xüsusilə də avtobus marşrutlarında müşahidə olunan gecikmələr sərnişinlərin narahatlığını artırıb. Vaxtında gəlməyən avtobuslar insanların gündəlik iş rejimini pozur, ümumi nəqliyyat sistemindəki çatışmazlıqları isə daha qabarıq şəkildə ortaya çıxarır.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Paraqraf.com-a açıqlamasında bildirir ki, problemin bir neçə əsas səbəbi var:

Velosiped və skuter istifadəçiləri piyadalara bərabər hesab ...

“Gecikmələrin başlıca amili paytaxtın hər gün daha da ağırlaşan tıxaclarıdır.  Avtobus zolaqlarına edilən qanunsuz müdaxilələr vəziyyəti daha da çətinləşdirir. Avtobus zolaqlarına qeyri-qanuni daxilolmalar nəinki hərəkəti ləngidir, həm də avtobusların trayektoriyasını dəyişməyə məcbur edir. Bu da cədvəllərin pozulmasına gətirib çıxarır. Bəzi sürücülərin avtobus zolaqlarını zəbt etməsi, eləcə də avtobuslara yol verməməsi marşrutların vaxtında hərəkət etməsinə mane olur. Bu isə sıravi sərnişinin gününə birbaşa təsir edən ciddi problemə çevrilir”.

 

Ekspert metro ilə bağlı məsələlərə toxunaraq vurğulayıb ki, irəliləyişlər görünür, amma prosesin tam səmərəli olması üçün hələ ciddi işlər tələb olunur:

“Son illərdə metroda qatarlararası intervalların azaldılması istiqamətində mühüm addımlar atılıb. Lakin sistemin tam səmərəli işləməsi üçün xətlərin bir-birindən ayrılaraq təmassız rejimə keçidi vacibdir. Hazırda bəzi xətlər buna imkan vermir, bu da prosesin tam yekunlaşmasına mane olur. Göründüyü kimi, istər yerüstü, istərsə də yeraltı nəqliyyatda problemlər fərqli olsa da, nəticə eynidir.  Nəqliyyat sistemindəki bu çatışmazlıqların aradan qaldırılması üçün həm qanunlara riayət, həm də infrastrukturun müasirləşdirilməsi əsas şərtdir”.

Cəfərova Validə
Paraqraf.com

Loading

Visited 19 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Cəmil Həsənli DTX-ya dəvət olunub
Next: Netanyahu İsrail Prezidentindən əfv istəyib

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.