Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 30
  • Fərid Cəfərov: Laçın MDB məkanında yaradıcı əməkdaşlığın təcəssümünə çevrilib

Fərid Cəfərov: Laçın MDB məkanında yaradıcı əməkdaşlığın təcəssümünə çevrilib

admin 30 Noyabr 2025 3 minutes read
download_20251130_125240
PAYLAŞIN:

İl ərzində Laçın MDB məkanında dostluq, qarşılıqlı anlaşma və yaradıcı əməkdaşlıq dəyərlərinin parlaq təcəssümünə çevrilib.

Paraqraf.com xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov “MDB ölkələrində müasir kino istehsalının inkişafı” mövzusunda keçirilən dəyirmi masada deyib.

O, qeyd edib ki, Azərbaycan dövləti kino sənayesinin və kinematoqrafiyanın inkişafını uzunmüddətli strateji prioritet kimi müəyyənləşdirib.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi son üç il ərzində dövlət sifarişi ilə ümumilikdə 70-dən artıq kino layihəsinin istehsalına maliyyə dəstəyi göstərib. Bu layihələrin 50-dən çoxu artıq tamamlanaraq tamaşaçıların ixtiyarına verilib. Ümumilikdə 34 yerli istehsal şirkətinə 20 milyon manatdan artıq dövlət dəstəyi ayrılıb. Bu dəstək Azərbaycanda kino sənayesinin inkişafına kapital qoyuluşudur”, – deyə o, əlavə edib.

Fərid Cəfərovun sözlərinə görə, kino istehsalına çəkilən xərclərin qismən geri qaytarılması mexanizmi olan “rebate” Azərbaycan Respublikasında Prezident İlham Əliyevin 25 may 2025-ci il tarixli Sərəncamına uyğun olaraq tətbiq olunur. Bu mexanizm ölkəmizdə film çəkilişləri üçün əlverişli şərait yaradır və Azərbaycanı xarici prodüserlər üçün daha cəlbedici kino məkanına çevirib.

“Son üç ildə ənənəvi olaraq Azərbaycanda Qazaxıstanın, Tacikistanın, Qırğızıstanın və Rusiyanın kino günləri keçirilir ki, bu da ölkələrimiz arasında mədəni mübadiləni daha da möhkəmləndirir. Həmçinin, qeyd etmək istərdim ki, bu ilin 25–27 avqust tarixlərində “Laçın – MDB-nin mədəniyyət paytaxtı 2025” proqramı çərçivəsində MDB ölkələrinin beynəlxalq kino günləri təşkil olunub”, – deyə F. Cəfərov söyləyib.

Nazir müavini əminliyini ifadə edib ki, bu gün Laçında formalaşan, mədəni vəhdət və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq ruhu gələcək illərdə də qorunub saxlanacaq.

 

 

Loading

Visited 22 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı
Next: Gələcəyi sağlam quran güc: İnamın sərhədsiz dəyəri

OXŞAR MÖVZULAR

luget

Retroya dönüş: gənclər köhnə musiqiyə niyə qayıdır?

admin 17 Aprel 2026
659760279_1396403202525029_6695699279724688825_n

Mədəni qastrol proqramının növbəti ünvanı Mingəçevir şəhəri olub – FOTOLAR

admin 02 Aprel 2026
IMG_5402

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

admin 30 Mart 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.