Bu gün tanınmış ictimai-siyasi xadim, professor Əhməd Vəliyevin doğum günüdür. Elm və təhsil sahəsində uzun illər boyunca göstərdiyi xidmətlərlə seçilən Əhməd Vəliyev ölkəmizin təhsil mühitinin inkişafında mühüm rol oynayan şəxslərdən biridir.
Əhməd Vəliyev həm peşəkarlığı, həm insanpərvərliyi, həm də düzgün idarəçilik prinsipləri ilə geniş ictimaiyyətin hörmətini qazanıb. Onun fəaliyyəti təkcə rəhbərlik etdiyi qurum üçün deyil, ümumilikdə təhsil sektorunun modernləşdirilməsi baxımından əhəmiyyətli töhfələr verir.
Ad günü münasibətilə professor Əhməd Vəliyevə sağlamlıq, uzun ömür, elmi-pedaqoji fəaliyyətində yeni uğurlar və davamlı nailiyyətlər arzu edirik. Yeni yaşı ona bol sevinc və müvəffəqiyyət gətirsin.
Aytac Məhərrəmova
Paraqraf.com
![]()
