Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Uşaqları telefondan necə uzaqlaşdırmaq olar? – AÇIQLAMA
MANŞETÖZƏL

Uşaqları telefondan necə uzaqlaşdırmaq olar? – AÇIQLAMA

28 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Müasir dövrdə – texnologiyanın günü-gündən inkişaf etdiyi bir zamanda yaşayırıq. Bu dövrün uşaqlarında telefon asılılığı valideynləri və cəmiyyəti narahat edən əsas problemlərdən birinə çevrilib. Telefon asılılığı uşaqların sosiallaşmasına mane olur. Nəticədə onlar ünsiyyət qurmaqdan çəkinir və nitqlərində problemlər yaranır.

Sosioloq Üzeyir Şəfiyev “Paraqraf.com”a bildirib ki, uşaqların telefona bağlılığı qlobal səviyyədə müşahidə olunan problemdir:

“İndiki Z nəsli ilə formalaşmaqda olan Alfa nəsli telefonların təsiri ilə sosiallaşır. Hətta ailə və məktəbin təhsil imkanlarından daha güclüsü internet və telefonların uşaqların, yeniyetmələrin sosiallaşmasına təsiridir. Bu istiqamətdə ciddi müzakirələr aparılır. Problem dünyanın müxtəlif ölkələrində mövcuddur və bununla bağlı fərqli yanaşmalar var. Çində innovativ texnologiyaların olmasına baxmayaraq, “TikTok”u Çin yaradıb, amma Çində tiktok qadağandı, onun analoqu var, anoloqdan istifadə üçün uşaqlar üçün 45 dəqiqəlik limit qoyulub. Uşaqlar telefonla çox vaxt keçirdikdə onlarda analitik və riyazi təfəkkür zəifləyir. Bir çox Avropa İttifaqı ölkələrində də dövlət məmurlarına “TikTok”dan istifadə qadağan edilib. Türkiyədə də uşaq və yeniyetmələr üçün telefona baxmağa limit qoyulub”.

Sosioloq əlavə edib ki, valideynlər də uşaqlara nəzarəti gücləndirməlidir:

“Uşaqlar boş vaxtlarını özünüinkişafa yönəltməlidirlər. Bədii ədəbiyyat oxumalıdırlar. Bu, valideyn və məktəblərdən başlayan dedaktik yanaşmadır və belə də olmalıdır”.

O qeyd edib ki, sosial şəbəkə və smart qurğularla mübarizə aparmaq çətindir:

“Çünki bu günün reallığıdır. Uşaqlara təlqin edilməlidir ki, smart qurğulardan praqmatik məqsədlərlə istifadə etsinlər. Böyük milyarderlərdən biri Bil Qeyts deyib: “Əgər mən smart qurğular dövründə doğulsaydım, Bil Qeyts ola bilməzdim”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xankəndidə polisləri yaralayan erməninin məhkəməsi BAŞLAYIR

Next

“Bağçalarda uşaqların ac qalması təsadüfi deyil – sistem illərlə nəzarətsiz qalıb” – Kamran Əsədov

Copyright 2026— Praqraf.com. All rights reserved