Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Nazir: “Bu ilin 10 ayı ərzində 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib”
İQTİSADİYYAT

Nazir: “Bu ilin 10 ayı ərzində 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib”

28 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Məşğulluq istiqamətində həyata keçirilən tədbirlər artıq aşkar və ölçülə bilən nəticələr verməkdədir. Bu ilin 10 ayı ərzində nazirlik tərəfindən 491 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 158 min nəfər işlə təmin edilib, 82 peşə istiqaməti üzrə 15 mindən çox şəxs peşə hazırlığına, 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib”.

Paraqraf.com xəbər verir ki, bu fikirləri Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammitində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O bildirib ki, bu dövr ərzində 302 min şəxsə peşəyönümlü məsləhət xidmətləri göstərilib:

“Bu göstəricilər əmək bazarının dinamik və inklüziv şəkildə inkişaf etməsini və bu inkişafda xüsusilə gənclərin rolunun yüksək olmasını təsdiqləyir”.

Nazir əlavə edib ki, 2022-ci ildən başlayaraq keçirilən “Peşələr Festivalı” minlərlə yeniyetmə və gəncin düzgün peşə seçimi barədə məlumatlılığının artırılması və əmək bazarına hazırlıqlı daxil olmalarına dəstək olub:

“Cari ildə 11 şəhər və rayonu əhatə edən “PeşəFest 2025″ marafonunda 95 mindən çox gənc və məktəbli bu platforma vasitəsilə əmək bazarındakı aktual trendlərlə tanış olmaq, müxtəlif peşə istiqamətləri üzrə mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq və gələcək karyera planlarını formalaşdırmaq imkanı əldə ediblər”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ölkəyə gələn və gedən təyyarələrin sayı açıqlandı

Next

Anar Əliyev: “2018-ci ildən bəri ortaaylıq əməkhaqqı iki dəfə artıb”

Copyright 2026— Praqraf.com. All rights reserved