Dekabrın 2-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) 50 milyon manat həcmində sənədsiz, adlı və faizli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar min manat nominal qiymətlə satışa çıxarılacaq.
Paraqraf.com İKZF-yə istinadən xəbər verir ki, fondun bu emissiyası Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 2025-ci il iyulun 11-də qeydə alınıb. Emissiya prospektinə əsasən, istiqrazların ümumi həcmi 50 milyon manat, bir istiqrazın nominal dəyəri min manat, illik faiz dərəcəsi isə 3.25% təşkil edir.
Yerləşdirmə prospektə uyğun olaraq kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsilə həyata keçiriləcək. İstiqrazlarla bağlı depozitar və reyestrsaxlayıcı xidmətlər Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
![]()
