Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“Hazırkı Kiyev administrasiyası ilə müqavilə imzalamaq real deyil”
DÜNYA

“Hazırkı Kiyev administrasiyası ilə müqavilə imzalamaq real deyil”

28 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Ukrayna münaqişənin sona çatması üçün işğal olunmuş ərazilərdən qoşunlarını geri çəkməlidir”.

Paraqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvəsindən sonra təşkil olunan mətbuat konfransında deyib.

Ukraynadakı müharibənin mümkün sonu barədə danışan Putin deyib:

“Ukrayna ordusu işğal olunmuş ərazilərdən geri çəkiləcək, sonra döyüşlər dayanacaq. Əgər geri çəkilməsələr, buna silahlı yolla nail olacağıq”.

O, Krım, Donbas və Novorossiyanın statusunun Rusiya və ABŞ arasında aparılacaq danışıqların mövzusu ola biləcəyini də qeyd edib.

Putin Avropa İttifaqında Rusiya aktivlərinin dondurulması və müsadirəsi planlarını şərh edərək bunun qlobal maliyyə sisteminə mənfi təsir göstərəcəyini bildirib:

“Bu addım avrozona üçün ciddi zərbə olacaq. Almaniyanın hazırkı tənəzzüldə olduğu vəziyyəti nəzərə alsaq, bunun Avropa iqtisadiyyatı üçün asan sınaq olmayacağı aydındır”.

Prezident əlavə edib ki, belə bir hal baş verəcəyi təqdirdə Rusiya hökumətinə xüsusi tədbirlər paketi hazırlamaq barədə tapşırıq verib. Putin bu addımı “başqalarının əmlakını oğurlamaq” adlandırıb.

Putin bildirib ki, Ukraynada hərbi vəziyyət başa çatdıqdan sonra prezident seçkiləri, referendum və yeni Konstitusiya Məhkəməsinin yaradılması zəruridir:

“Biz Ukrayna ilə razılaşma əldə etmək istəyirik, lakin hazırda hüquqi olaraq bu mümkün deyil. Onların düşüncəsinə görə istənilən şəxs danışıqlar apara bilər, ancaq bu qərarlar beynəlxalq aktorlar tərəfindən tanınmalıdır”.

O əlavə edib ki, hazırkı Kiyev administrasiyası ilə müqavilə imzalamaq real deyil:

“Ukrayna administrasiyası fundamental və strateji səhv etdi. Prezidentlik institutu qanuni statusunu itirib, buna görə müqavilə imzalamağın mənası yoxdur”.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Uca Allahdan yağış istəyin”

Next

Astronavt Ron Qaran kosmik stansiyada 178 gün yaşayıb

Copyright 2026— Praqraf.com. All rights reserved