Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 28
  • Hacıbəy Heydərli: “Türkiyə mediası Azərbaycanı daha çox istinad mənbəsi kimi görməlidir”

Hacıbəy Heydərli: “Türkiyə mediası Azərbaycanı daha çox istinad mənbəsi kimi görməlidir”

admin 28 Noyabr 2025 2 minutes read
IMG-20251128-WA0098
PAYLAŞIN:

“Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr hər ötən gün daha da inkişaf edir. Bu məsələlərdə Trend Beynəlxalq İnformasiya Agentliyinin çox önəmli bir payı var”.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusuna həsr olunan ikinci panel sessiyada çıxışı zamanı deyib.

Media eksperti Hacıbəy Heydərli “Paraqraf.com”a bildirib ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci dövlət tapmaq çətindir:

“Çünki Azərbaycan və Türkiyənin dostluğu uzun illərə və əsrlərə söykənir. Azərbaycan və Türkiyə arasında bütün sahələrdə münasibətlər ən yüksək səviyyədədir. Media sahəsində də əlaqələri inkişaf edir. Hər iki ölkənin mediaları bütün məsələlərdə eyni mövqedən çıxış edir”.

Ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında media sahəsi üzrə əməkdaşlıq daha da artırılmalıdır:

“Çünki Türkiyənin daxilində də bəzi qüvvələr var ki, Azərbaycana qarşı ikili mövqedən çıxış edir. Bəzi radikal, solçu qüvvələr mütəmadi olaraq azərbaycanlılar haqqında saxta məlumatlar yayır. Belə olan təqdirdə bu sahə üzrə əlaqələr güclənməlidir. Türkiyə mediası da Azərbaycan mediasından istinad mənbəsi kimi istifadə etməlidir. Azərbaycanın bir çox media qurumlarının Türkiyə ilə əlaqələri var, həmçinin Türkiyənin də media qurumlarının Azərbaycanla əlaqələri mövcuddur. Azərbaycan jurnalistləri çalışmalıdırlar ki, Türkiyə mediası ilə daha sıx işləsinlər”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 26 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Hikmət Hacıyev Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşüb
Next: 9-cu sinif şagirdinin intiharı ilə bağlı sarsıdıcı iddialar

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.