ABŞ Prezidenti Donald Tramp Şükran Günü münasibətilə hərbçilərə videomüraciət edərək, Ağ Ev yaxınlığında baş vermiş atışma zamanı yaralanmış Milli Qvardiya əməkdaşlarının vəziyyəti barədə məlumat verib.
Paraqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.
“Sizə bu acı xəbəri çatdırmaq məcburiyyətindəyəm. İndicə öyrəndim ki, ABŞ Milli Qvardiyasının Qərbi Virciniyadan olan 20 yaşlı üzvü Sara Bekstrom – gənc, hörmətli, möhtəşəm tələbə… aldığı xəsarətlərdən vəfat edib. O, artıq bizimlə deyil. Bu, onun valideynləri və yaxınları üçün dəhşətdir, onların kədəri bizim kədərimizdir”, – deyə Tramp bildirib.
ABŞ lideri əlavə edib ki, yaralanmış ikinci şəxs, 24 yaşlı gənc çox ağır vəziyyətdə olmasına baxmayaraq, həyat uğrunda mübarizə aparır.
Paraqraf.com
![]()
