Beyləqanda 67 yaşlı qadının yaşadığı evdə meyiti tapılıb.
Paraqraf.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə rayonun Bolsulu kəndində baş verib.
Kənd sakini 1958-ci il təvəllüdlü Nazilə Hüseyin qızı Mustafayeva yaşadığı evdə ölü vəziyyətdə aşkar edilib.
Araşdırmalar zamanı məlum olub ki, N.Mustafayeva yaşadığı evdə boğularaq öldürülüb.
Faktla bağlı araşdırma başlanıb.
![]()
Visited 7 times, 1 visit(s) today
