Ağcabədidə 9-cu sinif şagirdi özünü asıb.
Paraqraf.com xəbər verir ki, məlumatı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə “Facebook” hesabında paylaşıb.
Kəmalə Ağazadə bildirib ki, ona bu barədə “WhatsApp” üzərindən mesaj daxil olub. Mesajda qeyd edilib ki, hadisə 4 gün əvvəl baş verib:
“Şagirdin keçən il uyğunsuz şəkilləri yayılıb. Bununla bağlı məktəb rəhbərliyi ailəni çağıraraq danışıq aparmışdı. Bu il qız dərslərinə ciddi yanaşırdı. Birinci gün məktəbə gəlmədi. Anası yeni əməliyyat olunduğu üçün icazə almışdı. İkinci gün də dərsə gəlmədi. Günorta isə öyrəndik ki, ana ilə ata xəstəxanada olduqları vaxt qız evdə tək qalıb və özünü asıb”.
Ləman
Paraqraf.com
![]()
Visited 13 times, 1 visit(s) today
