Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/KİV: ABŞ sülh müqaviləsi imzalanana qədər Ukraynaya təhlükəsizlik zəmanəti verməyəcək
DÜNYA

KİV: ABŞ sülh müqaviləsi imzalanana qədər Ukraynaya təhlükəsizlik zəmanəti verməyəcək

27 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ-nin dövlət katibi Marko Rubio avropalı həmkarlarına bildirib ki, ABŞ Administrasiyası Kiyevə hər hansı təhlükəsizlik zəmanəti verməzdən əvvəl Ukrayna böhranının nizamlanmasına dair müqavilənin bağlanmasına nail olmaq istəyir.

Paraqraf.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “Politico” nəşri yazıb.

Rubio digər məsələləri, o cümlədən Ukraynanın ərazi bütövlüyü və Rusiyanın xaricdə dondurulmuş aktivlərinin taleyini də müqavilə imzalandıqdan sonra müzakirə etməyi təklif edib. Bundan əlavə, dövlət katibi qeyd edib ki, Vaşinqton Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi və Ukraynaya hərbi yardım göstərdiyi üçün danışıqlar prosesində qərəzsiz vasitəçi kimi nəzərdən keçirilmir.

Xatırladaq ki, ABŞ Ukrayna münaqişəsinin nizamlanması üçün 28 bənddən ibarət plan təklif edib. Sənəd Kiyev və Avropadakı tərəfdaşlarının narazılığına səbəb olub. Noyabrın 23-də ABŞ və Ukrayna Cenevrədə sülh planı ilə bağlı məsləhətləşmələr aparıblar. “RBK Ukrayna” agentliyinin məlumatına görə, nümayəndə heyətləri Vaşinqtonun təklif etdiyi planın böyük hissəsini razılaşdırıblar, lakin bir sıra əsas məqamların müzakirəsi ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüş üçün saxlanılıb. Görüşün tarixi hələ müəyyənləşdirilməyib. Daha sonra Tramp bildirib ki, plandakı bəndlərin sayı 28-dən 22-yə endirilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlərə başladı

Next

Bakıda TDT-nin Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir

Copyright 2026— Praqraf.com. All rights reserved