İspaniya Avropada ilk dəfə olaraq ödənişli menstruasiya məzuniyyətini qanuniləşdirib.
Paraqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, yeni qərara əsasən, şiddətli menstrual ağrı yaşayan şəxslər həkim arayışı ilə işdən ödənişli şəkildə məzuniyyət götürə biləcəklər.
Qanun ay ərzində 3 gün ödənişli “özəl günlər” icazəsi nəzərdə tutur, lakin ağrıların şiddətli olduğu hallarda bu müddət 5 günə qədər uzadıla bilər.
Maraqlı məqam odur ki, məzuniyyətin bütün maliyyə xərcləri işəgötürən tərəfindən deyil, İspaniyanın sosial təminat sistemi tərəfindən qarşılanacaq.
Səlahiyyətlilər vurğulayırlar ki, bu addımla menstruasiya sağlamlığının artıq laqeyd bir məsələ deyil, qanuni bir tibbi vəziyyət olmasını təmin etməyi hədəfləyirlər.
![]()
