Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Qərbi Azərbaycan İcmasında Amasiya mini futbol çempionatının qalibləri ilə görüş keçirilib
CƏMİYYƏT

Qərbi Azərbaycan İcmasında Amasiya mini futbol çempionatının qalibləri ilə görüş keçirilib

27 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

26 noyabr 2025-ci il tarixdə Qərbi Azərbaycan İcmasında 8 sentyabr – 26 oktyabr tarixlərində keçirilmiş Amasiya rayon mini futbol çempionatının qalibi olan İlanlı (Çaybasar) kənd futbol komandasının heyəti ilə görüş keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Qərbi Azərbaycan İcması”-nın  “Facebook” səhifəsində paylaşım edilib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, ilk dəfə təşkil olunan Amasiya rayon mini futbol çempionatı gənclərin doğma torpaqlara qayıdış ideyasına bağlılığını daha da gücləndirən, həmrəyliyi artıran mühüm sosial layihədir. Onun sözlərinə görə, bu turnir həm sağlam həyat tərzinin təbliği, həm də kənd icmaları arasında davamlı ünsiyyətin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

İcma sədri göstərdikləri əzm və peşəkarlığa görə qalib İlanlı kənd futbol komandasının timsalında bütün iştirakçı komandaları təbrik edib.

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri, akademik Abel Məhərrəmov çıxışında bu cür turnirlərin gənclərin həm fiziki, həm də mənəvi inkişafına töhfə verdiyini, gələcək nəsillərdə doğma yurda bağlılıq hissini daha da gücləndirdiyini vurğulayıb.

Güllücə kənd icmasının sədri Bəylər Qurbanov isə yarışın yüksək təşkilatçılıqla keçirildiyini, komanda ruhunun və fədakarlığın xüsusi diqqət çəkdiyini qeyd edərək, bu təşəbbüsün davamlı olması arzusunu ifadə edib.

Qaraçanta kənd icmasının sədri, Qadınlar Şurasının üzvü Teyfə Zülfiqarova da çempionatın Amasiya rayonunun kənd icmalarını bir araya gətirən dəyərli sosial platforma olduğunu, gənclər arasında sağlam rəqabət və dostluq mühitinin formalaşmasında vacib rol oynadığını bildirib.

Daha sonra İcma adından komanda üzvlərinə və təşkilatçılara “Təşəkkürnamə”lər təqdim olunub.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Həsən Məmmədov 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Qarabağ” bu göstəricidə ÇL-in lideridir

Next

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumu başa çatıb

Copyright 2026— Praqraf.com. All rights reserved