Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/NƏQLİYYAT/Zabrat yolunda xüsusi hərəkət zolağı yaradılıb
NƏQLİYYAT

Zabrat yolunda xüsusi hərəkət zolağı yaradılıb

26 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Paytaxtda sərnişindaşımada rahatlığı və keyfiyyəti artırmaq üçün hazırda xüsusi hərəkət zolağının yaradılması şəhər şosesində (Zabrat yolu) həyata keçirilir”.

Paraqraf.com xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, Sabunçu rayonunun bu hissəsində xüsusi hərəkət zolağının mövcud olmasına baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək həmin zolaq mövcud deyildi:

“Bu isə uzun müddət ictimai nəqliyyat vasitələrinin sıxlıqla qarşılaşmasına, avtobuslarda intervalın pozulmasına və minlərlə sərnişinin vaxt itkisinə səbəb olurdu. Sıxlığın ən çox yaşandığı məhz bu hissədə zolağın olmaması marşrutların fasiləsiz hərəkətinə ciddi maneə törədirdi. Bu səbəbdən, yeni zolağın yaradılması zəruri idi.

Qeyd edək ki, ərazidə tikinti işləri aparılaraq yolun hərəkət hissəsi genişləndirilib. Bunun nəticəsində hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılıb və xüsusi hərəkət zolağı təşkil edilib. Beləliklə 1-ci mərhələ üzrə işlər tamamlanıb. Xüsusi hərəkət zolağının Heydər Əliyev prospektinə qədər uzadılır. Layihə çərçivəsində, həmçinin səkilər təmir olunub.

Şəhər şosesində zolağın təşkil edilməsi ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobusun daha rahat və maneəsiz hərəkəti təmin olunacaq. Bu, təkcə avtobus sürücülərinin işini yüngülləşdirmir, həm də gün ərzində minlərlə sərnişinin vaxt itkisinin qarşısını alır.

İctimai nəqliyyata üstünlük verən və hər gün işinə, dərsinə, evinə vaxtında çatmağa çalışan vətəndaşların rahat daşınmasına şərait yaradan bu cür xüsusi zolaqların əhəmiyyətini nəzərə alaraq, bütün hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırırıq”.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Arvadına xəsarət yetirərək ölkədən qaçan şəxs Çində saxlanıldı

Next

Pakistanın baş naziri Azərbaycanın iqtisadiyyat nazirini qəbul edib

Copyright 2026— Praqraf.com. All rights reserved