Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 26
  • Rusiyada azərbaycanlı iş adamının əmlakı müsadirə edildi

Rusiyada azərbaycanlı iş adamının əmlakı müsadirə edildi

admin 26 Noyabr 2025 2 minutes read
IMG-20251126-WA0024
PAYLAŞIN:

Rusiyanın Krasnodar diyarında azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakı müsadirə edilib.

Paraqraf.com “Kommersant”a istinadən xəbər verir ki, diyarın Arbitraj Məhkəməsi Baş Prokurorluğun bununla bağlı iddiasını təmin edib.

Məhkəmənin qərarına əsasən, Ş.Novruzovun sahibi olduğu “Tuapse Dəniz Kommersiya Limanı” MMC və “Predpriyatiye TMKP” MMC-nin səhmlərinin 100%-i, həmçinin Temryuk Dəniz Yük Terminalı, “Dar Frut” MMC-nin əmlakı dövlətin mülkiyyətinə keçib.

İş üzrə cavabdehlər qismində Novruzovla yanaşı, əmlakların hazırkı sahibləri – sahibkar Oleq Basin və Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkəti çıxış edib.

İstintaq aktivlərin 1994-cü ildən başlayaraq qanunsuz əməliyyatlar yolu ilə dövlət mülkiyyətindən çıxarıldığını hesab edib. Məhkəmə həmin obyektlərin dövlət mülkiyyətindən çıxarılması ilə bağlı bütün əməliyyatları ləğv edib.

Qeyd edək ki, Şahlar Novruzov bu ilin sentyabrında Rusiyada xüsusilə böyük məbləğdə dələduzluqda ittiham olunaraq həbs edilib.

Paraqraf.com

Loading

Visited 14 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ukrayna sülh planında üç qırmızı xətti göstərdi
Next: ABŞ-nin ordu naziri: “Ukrayna döyüş meydanında ağır vəziyyətlə üzləşib”

OXŞAR MÖVZULAR

IMG_5781

Sabah Bakıda yağış yağacağı ehtimalı var

admin 24 Aprel 2026
6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub

24 Aprel 2026
Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

24 Aprel 2026
Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb fxlFyRewGbdWxqy2mbtO1EPbISkwX0WIGIp33V0o_1200

Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb

24 Aprel 2026
İspaniyanın NATO-dakı üzvlüyü müvəqqəti dayandırıla bilər dwB9nbiBVja2SvEf8rfsiOp9hFFrK3Jmkfkrokp1_1200

İspaniyanın NATO-dakı üzvlüyü müvəqqəti dayandırıla bilər

24 Aprel 2026
Moskvada “Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb S8FeSUIyQr8b18lMwzjRQo2hetn2EZy4mW3H3u1d_1200

Moskvada “Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.