Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Qvineya-Bisaunun paytaxtında prezident sarayı ərazisində atəş səsləri eşidilir
DÜNYA

Qvineya-Bisaunun paytaxtında prezident sarayı ərazisində atəş səsləri eşidilir

26 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Qvineya-Bisaunun paytaxtında prezident sarayı ərazisində atəş səsləri eşidilir.

Paraqraf.com xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Məlumata görə, hərbi geyimdə olan şəxslər saraya gedən əsas yolu nəzarətə götürüblər. Hələlik atəşin bilavasitə binanın yaxınlığında, yoxsa qonşu məhəllələrdə açıldığı məlum deyil.

Sosial şəbəkələrdəki məlumatlara əsasən, atışma yerli vaxtla günorta saatlarında başlayıb və yüksək intensivliklə davam edir.

“Reuters” agentliyi şahidlərə istinadən prezident sarayından təxminən 1 km məsafədə yerləşən Milli Seçki Komissiyasının binası yaxınlığında atışma olduğunu bildirir. Vəziyyət qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, Seçki Komissiyası noyabrın 23-də keçirilən prezident və parlament seçkilərinin yekunları üzrə səsləri hesablayır. Prezident seçkilərinin ilkin rəsmi nəticələrinin noyabrın 28-də açıqlanması planlaşdırılır. Seçkilərdə hazırkı prezident Umaro Sissoko Embalo da daxil olmaqla 12 namizəd iştirak edib.

Daha əvvəl Qvineya-Bisaunun hazırkı başçısı dövlət çevrilişi nəticəsində prezident sarayındakı iş otağında həbs olunduğunu bildirib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qvineya-Bisauda hərbçilər ölkə üzərində tam nəzarəti ələ alıblar – YENİLƏNİB

Next

Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib

Copyright 2026— Praqraf.com. All rights reserved