Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Qəzzanın bərpası ilə bağlı konfrans təxirə salındı
DÜNYA

Qəzzanın bərpası ilə bağlı konfrans təxirə salındı

26 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Misirdə noyabrın sonunda keçirilməsi nəzərdə tutulan Qəzza zolağının bərpasına dair beynəlxalq konfrans bölgədəki vəziyyətin pisləşməsi ucbatından qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Paraqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Misirdən olan mənbə toplantının planlaşdırıldığı tarixdə baş tutmayacağını və daha sonrakı bir vaxta keçirilməsinin qərara alındığını bildirib.

Mənbə qeyd edib ki, bir sıra ölkələr Qəzzada dağıntıların təkrarlanmayacağına dair təminat tələb edir, lakin İsrailin davam edən eskalasiyası fonunda belə bir zəmanət vermək mümkün olmadığından proses gecikdirilir. O, eləcə də, anklavın İsrail nəzarətində olan hissəsi ilə bağlı paralel səylərin davam etdiyini vurğulayıb.

Mart ayında Qahirədə keçirilən Ərəb Liqasının fövqəladə sammitində fələstinlilərin köçürülməsini nəzərdə tutmayan, mərhələli şəkildə icrası planlaşdırılan Qəzza bərpa proqramı qəbul edilmişdi. İlkin hesablamalara görə, yenidənqurma xərclərinin 53 milyard dollar təşkil edəcəyi bildirilir.

Bundan əlavə, Qahirə hərbi əməliyyatların dayanmasının ardından BMT ilə razılaşdırılacaq beynəlxalq konfransın keçirilməsinə çağırmış, oktyabr ayında isə belə bir tədbirə ev sahibliyi etməyə hazır olduğunu bəyan etmişdi.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Lənkəranın bu ərazilərində işıq olmayacaq

Next

Nazir “Napoli” – “Qarabağ” oyununu stadiondan izlədi – Fotolar

Copyright 2026— Praqraf.com. All rights reserved