Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Kallаs: Aİ sanksiyalar və Ukraynaya dəstək üzrə qərarları tezləşdirməlidir
DÜNYA

Kallаs: Aİ sanksiyalar və Ukraynaya dəstək üzrə qərarları tezləşdirməlidir

26 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiyaya qarşı sanksiyalar və Ukraynanın maliyyələşdirilməsi mexanizmləri üzərində işi, o cümlədən dondurulmuş Rusiya aktivləri hesabına reparasiya krediti vasitəsilə sürətləndirməyə çağırıb.

Paraqraf.com-un Avropa bürosunun məlumatına görə, o, bunu Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri ilə videokonfransın yekununda bəyan edib.

Kallas qeyd edib ki, Ukraynaya dəstəyin bir neçə variantı mövcuddur, lakin Rusiyanın dondurulmuş aktivlərindən istifadə ən səmərəli yoldur:

“Reparasiya krediti üzərində işin davam etdirilməsi və konkret təkliflərin hazırlanması barədə bəyanatı alqışlayıram. Siyasi razılaşdırma tələb edən çoxlu nüanslar var, lakin bu kreditlərin verilməsinin zəruriliyi barədə ümumi anlayış mövcuddur. Üzv dövlətlər qanunvericilik təklifini görmək istəyirlər və Avropa Komissiyası bunun üzərində işləyir. Prosesi sürətləndirmək lazımdır, çünki aydındır ki, Rusiya bunu istəmir”.

Hələ həll olunmamış məsələlər arasında – əsas hissəsi Belçika ərazisində saxlanılan dondurulmuş aktivlərlə bağlı narahatlıq da var. Kallasın sözlərinə görə, müzakirə iştirakçıları razılaşıblar ki, əgər müəyyən risklər mövcuddursa, onların necə bölüşdürülməsini müəyyənləşdirmək lazımdır.

O, Aİ-nin həm sanksiyalar, həm də Kiyevə maliyyə dəstəyi mexanizmləri üzərində işi davam etdirməli olduğunu vurğulayıb.

Sülh yolu ilə nizamlanma perspektivlərinə toxunan Kallas əlavə edib ki, istənilən razılaşmalar Moskvanın güzəştlərini əhatə etməlidir: “Hər bir ölkə silahlı qüvvələrinin sayını müstəqil şəkildə müəyyən etmək suveren hüququna malikdir. Məhz buna görə biz Rusiyanın qurduğu tələyə düşməməliyik. Ukrayna heç vaxt Rusiyaya hücum etməyib. Buna görə diqqət Rusiyanın hansı güzəştlərə hazır olacağına yönəlməlidir”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bakıda SSRİ bayrağı qaldıranlar barədə həbs qətimkan tədbiri seçilib – YENİLƏNİB

Next

Səfirlik: Gürcüstan saxlanılan Azərbaycan TIR-ları ilə bağlı məsələnin qısa müddətdə həll olunacağına söz verib

Copyright 2026— Praqraf.com. All rights reserved