Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Donald Tramp: “ABŞ-nin Ukrayna ilə bağlı sülh planı ixtisar edilib”
DÜNYA

Donald Tramp: “ABŞ-nin Ukrayna ilə bağlı sülh planı ixtisar edilib”

26 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üçün Vaşinqton tərəfindən təklif edilmiş planda bəndlərin sayının 28-dən 22-yə qədər azaldıldığını deyib.

Paraqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Bu, sadəcə, bir sxem idi. Nə vardısa, hamısı sxem idi. Bu, plan deyildi. Bu, bir konsepsiya idi”, – deyə ABŞ prezidenti ölkədə noyabrın 27-də qeyd olunan Şükran Günü münasibətilə həftəsonunu keçirmək üçün Floridaya uçarkən təyyarədə jurnalistlərə bildirib.

Jurnalistlər ABŞ prezidentindən Respublikaçılar Partiyasından olan yoldaşlarının tənqidlərinə münasibət bildirməsini xahiş ediblər. Belə ki, Respublikaçılar Partiyasının bəzi üzvləri ABŞ Administrasiyası tərəfindən təklif olunmuş sülh planının ilkin versiyasını həddindən artıq rusiyapərəst hesab ediblər.

“Onlar oradan bəzi bəndləri götürdülər və nəticədə 22 bənd alındı. Məsələlərin bir çoxu həll olundu və əslində, çox əlverişli şəkildə həll olundu”, – deyə Tramp əlavə edib.

Keçən həftə Vaşinqton Ukrayna münaqişəsinin nizamlanması üçün 28 bənddən ibarət plan təklif edib. Bu proqram Kiyevin Avropadakı tərəfdaşlarının narazılığına səbəb olub.

Noyabrın 23-də ABŞ və Ukrayna Cenevrədə Vaşinqtonun sülh planı üzrə məsləhətləşmələr keçirib. ABŞ-nin dövlət katibi Marko Rubio görüşü münaqişə müddətində ən məhsuldar danışıqlar adlandırıb.

Amma “Politico” nəşri danışıqların gərgin keçdiyini bildirib. Ukrayna tərəfi planın mətninə dəyişikliklər olunmasına israr edib.

“RBK-Ukrayna” agentliyinin məlumatına görə, iki ölkənin nümayəndə heyətləri Vaşinqton tərəfindən təklif olunmuş proqramın böyük hissəsini razılaşdırıblar, lakin bir sıra bəndlər Donald Tramp və Volodimir Zelenski arasında görüşdə müzakirə üçün saxlanılıb. Görüşün tarixi hələ müəyyən edilməyib.

RF prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 25-də bəyan edib ki, Moskva ABŞ-nin planını substantiv hesab edir və o, danışıqlar üçün əsas ola bilər.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

UEFA Mateuş Koxalskinin qurtarışlarına xüsusi diqqət ayırdı

Next

17 Azərbaycan vətəndaşı Almaniyadan readmissiya edilib

Copyright 2026— Praqraf.com. All rights reserved