Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Buenos-Ayresdə Maradona mavzoleyinin inşası dayandırıldı
DÜNYA

Buenos-Ayresdə Maradona mavzoleyinin inşası dayandırıldı

26 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Buenos-Ayresin mərkəzində əfsanəvi futbolçu Dieqo Maradonanın (1960-2020) mavzoleyinin inşası dayandırılıb.

Paraqraf.com xəbər verir ki, bu barədə “La Nacion” “Corporacion de Planeamiento Metropolitano” inşaat şirkətinə istinadla yazıb.

“Dieqo Armando Maradonanın şərəfinə mavzoleyin inşa edilməsi müqaviləsi ləğv edilib”, – deyə şirkətdən bildiriblər.

Bildirilib ki, mavzoleyin tikintisi irəliləmiş mərhələdə olsa da, artıq uzun müddətdir obyektdə heç bir iş aparılmır. Şirkətin fikrincə, müqavilənin ləğv edilməsi qərarı sözügedən yerdə bu miqyasda və xarakterdə bir layihənin lazımi zəmanətlərlə reallaşdırılmasına lazımi şəraitin olmadığı ilə əlaqədar ümumi anlaşma əsasında qəbul edilib.

Amma layihənin veb-saytı işləməyə davam edir. Orada hələ də mavzoleyin tikintisinə 120 min peso (82 dollar) ianə etmək mümkündür.

Layihə müəlliflərinin fikrincə, ianə verənlər Maradonanın xatirəsinə ucaldılacaq abidədə yerləşdirilməsi üçün öz fotolarını yükləyə bilərlər.

2024-cü ilin oktyabrında məhkəmə Maradonanın qızlarına futbolçunun nəşini bu il tamamlanması planlaşdırılan mavzoleyə köçürmələrinə icazə verib. Maradona Buenos-Ayres ətrafında ziyarət üçün qapalı olan özəl qəbiristanlıqda dəfn edilib.

Xatırladaq ki, Maradona 2020-ci il noyabrın 25-də 61 yaşında kəskin ürək çatışmazlığından vəfat edib. O, 1986-cı ilin dünya çempionu olub və XX əsrin ən yaxşı futbolçularından biri hesab olunur. Maradona Argentinanın “Arxentinos Xuniors”, “Boka Xuniors” və “Nyuells Old Boyz”, İspaniyanın “Barselona” və “Sevilya”, həmçinin İtaliyanın “Napoli” klublarında çıxış edib. Argentinalı hücumçu İtaliya çempionatının və Kubokunun, İspaniya Kubokunun və UEFA Kubokunun qalibi olub. Ümumən 687 matç keçirib və 363 qol vurub. Argentina yığması üçün 113 matçda 50 qola imza atıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Neymar bu il meydana çıxa bilməyəcək

Next

KİV: Avropa ölkələri Ukraynaya maliyyə yardımı üçün yeni plan hazırlayırlar

Copyright 2026— Praqraf.com. All rights reserved