Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Tural Əliyev: Türk dünyası QHT-lərinin Həmrəylik Forumunun hər il keçirilməsi arzuediləndir
CƏMİYYƏT

Tural Əliyev: Türk dünyası QHT-lərinin Həmrəylik Forumunun hər il keçirilməsi arzuediləndir

25 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Türk dünyası QHT-lərinin Həmrəylik Forumunun hər il keçirilməsi arzuediləndir.

Paraqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Naxçıvanda keçirilən Həmrəylik Forumunda deyib.

O, Naxçıvanda keçirilən forumun türk dünyasını növbəti dəfə bir araya gətirdiyini vurğulayıb:

“Bu gün Naxçıvanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-ləri ilk dəfə vahid platformaya çıxır. Bu, bütün türk dünyasının fərəhli, tarixi günüdür, böyük xoşbəxtlikdir! Ötən gün Bakıda – forumun rəsmi açılış mərasimində qeyd olunduğu kimi, türk dövlətləri arasında 34 istiqamət üzrə dövlət təşkilatlarını bir araya gətirən müxtəlif formatlar mövcud olsa da, QHT xətti yox idi. Bu Platforma BMT və digər beynəlxalq təsisatlarda türk dünyası QHT-lərinin birgə, koordinasiyalı fəaliyyətini təmin edəcək, xalqlarımızın bir-birini daha yaxından tanımasına vətəndaş cəmiyyətinin mühüm töhfəsi olacaq. Birlikdə daha təsirli, daha səmərəli nəticələr əldə edə bilərik”.

T.Əliyev türk dövlətlərinin QHT-ləri üçün ikitərəfli, həm də çoxtərəfli əsasda qrant müsabiqələrinin geniş vüsət almasının vacibliyini qeyd edib:

“Azərbaycan tərəfi olaraq, biz bu istiqamətdə həmkarlamızla işçi danışıqlara günü bu gün başlamağa, qısa müddətdə müsabiqələri təşkil etməyə, təşəbbüsləri dəyərləndirməyə hazırıq. 2022-2025-ci illərdə Azərbaycan QHT-lərinin Türkiyə, Özbəkistan və Qazaxıstan QHT-ləri birgə əməkdaşlıq forumları baş tutub. Qırğızıstan, Macarıstan, Şimali Kipr və Türkmənistanla da analoji tədbirlər reallaşdırıla bilər. İlk dəfə baş tutan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun hər il təşkilata sədrlik edən dövlətin təşkilatçılığı ilə keçirilməsini, davamlı olmasını arzu edirik”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

YAP və Kuba Kommunist Partiyası əməkdaşlıq haqqında saziş imzalayıb

Next

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb

Copyright 2026— Praqraf.com. All rights reserved