Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/SOCAR bütün yataqları rəqəmsal idarəetmə modelinə keçirir
CƏMİYYƏT

SOCAR bütün yataqları rəqəmsal idarəetmə modelinə keçirir

25 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bütün yataqların idarə olunmasını tam rəqəmsal modellərə keçirir.

Paraqraf.com xəbər verir ki, bunu SOCAR-ın rezervuarların inkişafı üzrə meneceri Murad Seyidov “SPE Xəzər Texniki Konfransı-2025” çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, SOCAR böyük və kiçik bütün yataqları tam struktur modellər, simulyasiya sistemləri və sahə inkişaf planları əsasında idarə etməyə qərar verib.

M.Seyidov bu yanaşmanın şirkətin məlumat əsaslı qərarvermə modelinə keçidinin əsas mərhələsi hesab olunduğunu deyib:

“Hər bir yataq üçün struktur modellər, statik və dinamik simulyasiyalar hazırlanacaq. Qərarlarımız yalnız real məlumatlara söykənəcək. Fundamental məlumat etibarlılığı təmin edildikdən sonra süni intellekt kimi daha qabaqcıl mərhələlərə keçəcəyik”.

SOCAR nümayəndəsi əlavə edib ki, şirkət uzun illər çox məhdud məlumatla yataqları idarə etsə də, çətin şəraitdə belə yüksək nəticələr əldə edə bilib:

“SOCAR az məlumatla işləməyi bacaran və bu mühitdə dayanıqlılıq göstərən bir şirkətdir. Lakin indi əsas məsələ düzgün sualı tapmaq və cavablandırılması vacib olan qeyri-müəyyənlikləri müəyyənləşdirməkdir”, – o deyib.

Onun sözlərinə görə, SOCAR artıq “az məlumatdan – daha çox məlumata” keçid mərhələsindədir, lakin nə geniş büdcə, nə də əməliyyat imkanları bütün sahələr üzrə böyük həcmli məlumat toplamağa imkan verir:

“Hər bir monitorinq və məlumat toplama prosesi konkret qərarı dəstəkləməlidir. Hər bir məlumat nöqtəsinin bir cümləlik məqsədi olmalıdır. Əgər bu cümlə aydın deyilsə, həmin məlumatı toplamağa ehtiyac yoxdur”.

M.Seyidov qeyd edib bildirib ki, SOCAR qərar yönümlü məlumat toplama və məlumat yönümlü qərarverməni paralel şəkildə tətbiq etməyə başlayıb:

“Bizim üçün əsas olan qərara əsaslanan məlumat toplamaq və toplanmış məlumata əsaslanan qərar verməkdir. Hər bir məlumat isə yalnız toplandığı məqsədə uyğun istifadə olunmalıdır”.

O əlavə edib ki, SOCAR paralel olaraq laboratoriyaları, seysmik emal proseslərini və nümunə analiz mərkəzlərini də gücləndirir:

“Hədəfimiz bütün yataqların idarə olunmasını vahid rəqəmsal ekosistemə keçirməkdir. Bu, həm qərarların dəqiqliyini artıracaq, həm də əməliyyatların dayanıqlığını yüksəldəcək”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

BakuBus-un sürücüsü əslində bu peşənin sahibi imiş

Next

Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib

Copyright 2026— Praqraf.com. All rights reserved