Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Naxçıvanda yeni islahatlar: Kadr dəyişiklikləri və şəhər mühitinə sərt nəzarət
CƏMİYYƏT

Naxçıvanda yeni islahatlar: Kadr dəyişiklikləri və şəhər mühitinə sərt nəzarət

25 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu gün Naxçıvan Perinatal (Doğum) Mərkəzinin direktoru Günel Abdiyeva işdə yol verdiyi ciddi nöqsanlar və vətəndaşların çoxsaylı şikayətləri səbəbindən işdən azad edilib. Bu, Naxçıvanda yeni kadr və struktur islahatlarının başladığını deməyə əsas verir.
İllərdir sabiq səlahiyyətli nümayəndə Fuad Nəcəflinin yaxın kadrlarının “at oynatdığı” Perinatal Mərkəz bazar qayda-qanunları ilə idarə edilməsi, əhaliyə minimal səviyyədə xidməti ilə yadda qalıb.

Paraqraf.com “Media25”ə istinadən xəbər verir ki, təkcə son 3 ildə Naxçıvandan kənara – xüsusən Bakı və Türkiyə xəstəxanalarına doğuş üçün üz tutan anaların sayında 3 dəfədən çox artım var. Bu fakt özlüyündə Fuad Nəcəflinin vəzifəyə gətirdiyi, heç kimin “gözün üstə qaşın var” deyə bilmədiyi “ən yaxın adamı” Günel Abdiyevanın yarıtmaz və rüşvətə bulaşmış işinin nəticəsidir.

Naxçıvandan gələn digər bir xəbər isə son illər yeni açılan onlarla “pub” və gecə klublarında təlqin edilən yüngül həyat tərzi və zərərli mühitə müdaxilə edilməsidir. Son vaxtlar yüngül həyat tərzi ilə seçilən qadınların bu məkanlara doldurulması daim milli dəyərləri, adət-ənənələri qoruyan Naxçıvan əhalisində ciddi narahatlıq və etiraz yaratmışdı. Minlələrlə sakin özünün sosial şəbəkə hesabında bu məkanlarla bağlı paylaşımlar edərək gənc nəslə pis nümunə olan, narkomanlıq və digər pis vərdişlərin ilkin mənbəyi olan bu obyektlərə “çəki-düzən” verilməsini tələb etmişdi. Əldə etdiyimiz məlumata görə, Naxçıvana yeni təyin edilən səlahiyyətli nümayəndə Ceyhun Cəlilov artıq bu məsələni şəxsi nəzarətinə götürüb.

Qanunvericilik çərçivəsində tədbirlərin görülməsi, milli dəyər və ənənələrin qorunması barədə aid orqanlara konkret tapşırıqlar verilib və lazımi tədbirlər davam etdirilir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Zəka və texnologiyanın kəsişmə nöqtəsi: Müəllimlər üçün olimpiada və AI qurultayı Azərbaycanda yeni təhsil modelinə yol açır

Next

Əmrah Həsənli: “Elektron imtahanlar ali təhsildə şəffaflığın yeni mərhələsidir”

Copyright 2026— Praqraf.com. All rights reserved