Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Məktəblərdə psixoloji böhran: Şagirdlər artır, psixoloqlar çatmır
MANŞETÖZƏL

Məktəblərdə psixoloji böhran: Şagirdlər artır, psixoloqlar çatmır

25 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Son illər təhsil müəssisələrində psixoloji xidmətlərin səviyyəsi cəmiyyət və ekspertlər tərəfindən daha çox müzakirə olunur. Şagirdlərin davranışı, emosional rifahı və dərsə marağı birbaşa psixoloqların fəaliyyətindən asılı olduğu üçün bu sahədəki çatışmazlıqlar təhsilin ümumi keyfiyyətinə ciddi təsir göstərir.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Paraqraf.com-a açıqlamasında bildirib ki, psixoloji xidmətlərin mövcud normativ bazası kifayət qədər güclü olsa da, əməliyyat mərhələsində — kadr təminatı, xidmətin funksionallığı, keyfiyyətə nəzarət və şagird rifahına təsir baxımından ciddi boşluqlar mövcuddur:

“Bu boşluqların əsas səbəbləri sistemin sürətlə dəyişən sosial mühitə uyğunlaşmaması, məktəblərdə psixoloq ştatlarının real tələbatdan az olması və xidmətin preventiv deyil, daha çox formal-diaqnostik yanaşmalar üzərində qurulmasıdır”.

Ekspert əlavə edib ki, statistik göstəricilər mövcud vəziyyəti açıq şəkildə ortaya qoyur:

“Azərbaycanda ümumi təhsil müəssisələrində psixoloq–şagird nisbəti təxminən 1:2000–2500 aralığındadır. Halbuki beynəlxalq standartlar bu göstəricinin 1:500 səviyyəsində olmasını tələb edir. Dünya Psixoloji Xidmətlər Assosiasiyasının məlumatına görə, inkişaf etmiş ölkələrdə optimal nisbət 1:500–700 arasındadır. Bu müqayisə göstərir ki, psixoloji xidmət sahəsində ən fundamental problem kadr çatışmazlığıdır”.

Kamran Əsədov hesab edir ki, psixoloji xidmətin effektivliyini artırmaq üçün əsas yanaşmalar dəyişməlidir:

“Psixoloq sənədləşmə aparan əməkdaş kimi deyil, təhsil prosesinin strateji iştirakçısı kimi fəaliyyət göstərməlidir. O, məktəbin bütün qərarlarında – intizam, adaptasiya, davranış dəstəyi, inkluziya və rifah məsələlərində – əsas fiqurlardan birinə çevrilməlidir. Bunun üçün psixoloqların sayının artırılması ilə yanaşı, onların funksional müstəqilliyi, müasir metodikalarla hazırlığı, məktəb rəhbərliyi üçün psixoloji idarəetmə təlimləri və nəticəyə əsaslanan monitorinq mexanizmlərinin yaradılması vacibdir”.

Ekspertin fikrincə, psixoloji xidmət təhsilin arxa planında qalmamalı, əksinə, təhsil keyfiyyətinin, məktəb mühitinin və şagird rifahının həlledici komponentlərindən birinə çevrilməlidir.

Cəfərova Validə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yeni icra başçısı köməkçisini işdən çıxardı

Next

Zəka və texnologiyanın kəsişmə nöqtəsi: Müəllimlər üçün olimpiada və AI qurultayı Azərbaycanda yeni təhsil modelinə yol açır

Copyright 2026— Praqraf.com. All rights reserved