Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Çinin yeni tip enerji sisteminə sərmayəsinin 900 milyard dollara çatacağı gözlənilir
DÜNYA

Çinin yeni tip enerji sisteminə sərmayəsinin 900 milyard dollara çatacağı gözlənilir

25 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Çin ənənəvi və alternativ enerji mənbələrini birləşdirən yeni tip enerji sisteminin qurulması istiqamətində irəliləyir”.

“Paraqraf.com” xəbər verir ki, bunu “Rosneft”in baş direktoru, yanacaq – energetika sektorunun inkişafı strategiyası və ekoloji təhlükəsizlik üzrə Prezident Komissiyasının icraçı katibi İqor Seçin Rusiya -Çin enerji biznes forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2025-ci ildə 900 milyard dollarlıq sərmayə ilə qlobal enerji investisiyasının üçdə biri Çinin payına düşəcək. Seçin bildirib ki, Çin qlobal enerji sektoru üçün yeni sima formalaşdıran böyük enerji gücüdür: “Ölkə ənənəvi və alternativ mənbələrin sintezi olan yeni tip enerji sisteminin qurulması istiqamətində inanılmaz sürətlə irəliləyir”.

İ.Seçin əlavə edib ki, Çinin elektrik enerjisi istehsalı ABŞ-dan iki dəfə çoxdur: “Bu vəziyyət 20 il əvvəlki vəziyyətin əksinədir. Enerji sektoruna qlobal investisiyaların üçdə biri Çinin payına düşür. 2025-ci ildə Çin sərmayəsinin təxminən 900 milyard dollara çatacağı gözlənilir ki, bu da bütövlükdə Şimali Amerikadan 30%, Avropadan isə 50% çoxdur”.

“Rosneft”in baş direktoru qeyd edib ki, iqtisadi artım, sənaye istehlakı, regional inkişaf, nəqliyyat və mənzil-kommunal xidmətlər də daxil olmaqla bütün sektorların elektrikləşdirilməsi Çini dünyanın aparıcı enerji istehlakçısına çevirib. O vurğulayıb ki, bu cür enerji ehtiyacları enerji təhlükəsizliyinə xüsusi yanaşma tələb edir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yaponiya və ABŞ liderləri Ukraynanı müzakirə ediblər

Next

Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə görüşüb

Copyright 2026— Praqraf.com. All rights reserved