Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Azərbaycanla BƏT arasında “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb
SİYASƏT

Azərbaycanla BƏT arasında “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb

25 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın imzalanması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisinin direktoru Mixail Puşkin, BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində son illər ölkəmizdə əmək bazarının modernləşməsi, sosial müdafiə sisteminin gücləndirilməsi və məşğulluq imkanlarının artırılması istiqamətində mühüm nəticələr əldə olunub. “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da bu siyasətin məntiqi davamı olaraq, qarşıdakı illərdə sosial tərəfdaşlığın inkişafına, işçilərin rifahının yaxşılaşdırılmasına və əmək bazarının dayanıqlığına xidmət edəcək.

AHİK sədri qeyd edib ki, proqram vasitəsilə həmkarlar ittifaqları əmək hüquqlarının müdafiəsini, təhlükəsiz və layiqli əmək şəraitinin yaradılmasını, gender bərabərliyi və gənclərin məşğulluğunun dəstəklənməsini gücləndirməyi hədəfləyir. AHİK sözügedən istiqamətlərdə fəaliyyətini bu proqram vasitəsilə daha da təkmilləşdirmək və əmək münasibətlərinin inkişafına real töhfə vermək niyyətindədir.

Sonra Anar Əliyev, Sahib Məmmədov, Məmməd Musayev və Mixail Puşkin “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalayıblar. Proqramın əsas məqsədi ölkəmizdə məşğulluğun artırılması, sosial müdafiə, əməyin mühafizəsi, əmək sahəsində beynəlxalq əmək normalarının tətbiqi, sosial dialoq kimi sahələrdə səylərin artırılması yolu ilə layiqli əməyin təminatı üzrə sosial-əmək münasibətlərinin daha da inkişaf etdirilməsidir. Bundan əlavə, sənəd Azərbaycanla BƏT arasında səmərəli əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi imkanlarını daha da artırmağı nəzərdə tutur.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib

Next

Ələt azad iqtisadi zonasının ərazisi yeni torpaq sahələri hesabına genişləndiriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved