Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycan “UN-Habitat”ın İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edir
CƏMİYYƏT

Azərbaycan “UN-Habitat”ın İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edir

25 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-26 noyabr tarixlərində BMT-nin Keniyanın paytaxtı Nayrobi şəhərində yürləşən bölməsində (UNON) keçirilən “UN-Habitat”ın İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edir.

Bu barədə Paraqraf.com-a Komitədən məlumat verilib.

Nümayəndə heyətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təmsilçiləri daxildir.

Sessiyanın ilk günü tədbirə qatılan nümayəndələr UN-Habitat-ın təşkilati, maliyyə, proqram və inzibati məsələlərinin müzakirəsində iştirak edib.

Bununla yanaşı, iclas çərçivəsində “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi üzrə Hökümətlərarası İşçi Qrupun həmsədrlərinin çıxışı baş tutub.

A. Quliyev Azərbaycan və Somali tərəfindən yeni seçilmiş həmsədrlərin mövqeyini təqdim edib. Həmsədrlik mandatı ölkələrə bu ilin oktyabrında keçirilmiş ikinci sessiyanın qərarına əsasən verilib.

A. Quliyev İşçi Qrupunun qlobal mənzil siyasətinə töhfəsini vurğulayaraq, Azərbaycan və Somalinin qarşıdakı dövrdə həyata keçirəcəyi əsas istiqamətləri diqqətə çatdırıb. O, həmçinin ikinci sessiyanın nəticələri, görülmüş işlər və növbəti mərhələnin prioritetləri barədə məlumat verib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanda “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası” dəyişib

Next

Bakıda nömrəsiz avtomobil idarə edən qazi saxlanılıb

Copyright 2026— Praqraf.com. All rights reserved