Avropa Komissiyası “İsrail tərəfindən insan hüquqlarının pozulması ilə əlaqədar olaraq Avrora İttifaqı ilə Assosiasiya Sazişinin tam dayandırılmasını tələb etmək” adlı Avropa vətəndaş təşəbbüsünü qeydiyyata alıb.
Paraqraf.com-un Avropa bürosunun AK-yə istinadən verdiyi məlumata görə, qeydiyyat komissiyanın bu məsələ ilə bağlı yekun qərarına və ya atıla biləcək hər hansı potensial addımlara təsir göstərmir.
Komissiya təşəbbüsə yalnız o halda qərar verəcək ki, Aİ ölkələrinin vətəndaşlarından ən azı 1 milyon imza toplanmış olsun.
İmza toplamaq və digər zəruri prosedurları həyata keçirmək üçün təşkilatçılara ümumilikdə bir il yarım vaxt verilib.
![]()
Visited 8 times, 1 visit(s) today
