Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 25
  • AFFA Hakimlər Komitəsinin sədri dəyişib

AFFA Hakimlər Komitəsinin sədri dəyişib

admin 25 Noyabr 2025 2 minutes read
hypBLThfYc1JAdlM71oCwY2b9A19GOfij5OpZ7tb_825
PAYLAŞIN:

AFFA İcraiyyə Komitəsinin növbəti iclasında Hakimlər Komitəsinin sədri dəyişdirilib.

Paraqraf.com xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəfin da iştirak etdiyi iclasda Hakimlər Komitəsinin sədri Frank De Blekerenin bundan sonra Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edəcəyi müəyyənləşib.

Daha sonra sözügedən vəzifəyə Rəhim Həsənovun namizədliyi irəli sürülüb və İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarı ilə təsdiqlənib.

Bundan başqa, Azərbaycanın əsas milli komandasının dünya çempionatının seçmə mərhələsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan Abbasovun hesabatı dinlənilib. Yığmanın çıxışı ətraflı müzakirə olunub, gələcək oyunlarla bağlı fikir mübadiləsi aparılıb.

Ardından Özbəkistan və Azərbaycanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatı – 2027-yə hazırlıq barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib. Həmçinin hazırlıq prosesi ilə bağlı görüləcək işlər və planlar müzakirə edilib.

Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev hakimliklə bağlı ümumi məlumat verib. Onun təqdimatı dinlənilib, hakimlik sahəsində mövcud vəziyyət nəzərdən keçirilib və struktur dəyşiklikləri qəbul edilib.

Bundan başqa, Zaur Axundovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən öz xahişi ilə ayrılmaqla bağlı ərizəsi qəbul edilib.

AFFA İntizam Komitəsində vakant yerlərə yeni namizədlər olan Zümrüd Ağayeva və Murad Məmmədov isə təsdiqlənib.

Eyni zamanda 2026/2027 mövsümü üçün lisenziyalaşdırma qaydaları təsdiqlənib.

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ukrayna hərbu qulluqçuların sayını 800 min nəfərə endirməyə razılıq verib
Next: Oğuzda avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.