Vinisius yanvarda “Real Madrid”i tərk edə bilər
“Real Madrid”in braziliyalı hücumçusu Vinisius Junior qış transfer pəncərəsində klubu tərk edə bilər.
Paraqraf.com xəbər verir ki, bu barədə insayder Ekrem Konur “X” sosial şəbəkəsində məlumat verib.
O bildirib ki, vinger klubla yeni müqavilə məsələsində razılığa gələ bilmir. Eyni zamanda, ona “Mançester Siti”, “Çelsi” və bəzi Səudiyyə Ərəbistanı klubları ciddi maraq göstərirlər.
Qeyd edək ki, 2018-ci ildən “Real Madrid”də çıxış edən 25 yaşlı vinger cari mövsümdə klub səviyyəsində keçirdiyi 23 matçda altı qol vurub və beş məhsuldar ötürmə edib.
Vinisiusun “Real”la mövcud müqaviləsi 2027-ci ilin iyun ayının sonunadək nəzərdə tutulub. Futbolçunun bazar dəyəri 150 milyon avro qiymətləndirilir.
Paraqraf.com
![]()