Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Tam orta məktəb layihəsi çərçivəsində monitorinq keçirilib
ELM VƏ TƏHSİL

Tam orta məktəb layihəsi çərçivəsində monitorinq keçirilib

24 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiq olunduğu paytaxtdakı 96 və 239 nömrəli tam orta ümumtəhsil məktəblərinin X siniflərində blok fənləri üzrə monitorinq keçirilib.

Paraqraf.com xəbər verir ki, monitorinqin əsas məqsədi şagirdlərin seçdikləri təmayül istiqamətlərinə uyğun əldə etdikləri bilik və bacarıqlarının, fənlər üzrə nailiyyətlərinin qiymətləndirilməsi, həmçinin gələcək qəbul imtahanlarına hazırlıq səviyyələrinin müəyyənləşdirilməsindən ibarətdir.

Humanitar, texniki, təbiət və riyaziyyat-iqtisadiyyat istiqaməti üzrə təmayül siniflərdə həyata keçirilən monitorinq Dövlət İmtahan Mərkəzinin qəbul imtahanı modelinə uyğun olaraq bloklarda təqdim olunan fənlər üzrə aparılıb.

Hər sinif üzrə monitorinqin nəticələri təhlil edilərək müəllimlərə təqdim ediləcək və nəticələr əsasında zəruri təkmilləşdirilmələrin aparılması məqsədilə əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, yeni təmayül tədris modelinin əsas məqsədi X-XI sinif şagirdlərinin maraq və meyillərinə uyğun olaraq fərdi inkişaf imkanlarını genişləndirmək, müəllimləri təmayül siniflərində uyğun tədris şəraiti ilə təmin etmək, keyfiyyətli və məqsədyönlü təhsil mühiti yaratmaq, eləcə də orta təhsil pilləsində təmayülləşmənin səmərəliliyini artırmaqdan ibarətdir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

MDB liderlərinin qeyri-rəsmi görüşü 21-22 dekabrda keçiriləcək

Next

Naxçıvanın Qaz İstismar Xidmətinin balansında olan aktivlər SOCAR-a veriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved