Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 24
  • Qahirədə Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə biznes forum keçirilib – YENİLƏNİB

Qahirədə Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə biznes forum keçirilib – YENİLƏNİB

admin 24 Noyabr 2025 3 minutes read
ETK4GiCaTP4DYBvCZFRFOquFgjUB33wolJ3M205L_825
PAYLAŞIN:

Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə biznes forum təşkil olunub.

Bu barədə Paraqraf.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun və Misirin Sərmayə və Azad Zonalar üzrə Baş Qurumunun (GAFI) birgə təşkilatçılığı ilə keçirilən biznes forumda ümumilikdə 20-dən çox şirkətin nümayəndələri iştirak ediblər.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artımı və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaradacağına əminliyini vurğulayıb. Nazir, həmçinin Azərbaycanın yüksək texnologiyalar parklarında İT şirkətləri üçün tətbiq edilən güzəşt və imtiyazlar barədə məlumat verib, Azərbaycanın rəqəmsal məhsullarının Misirə ixracı imkanlarının geniş olduğunu diqqətə çatdırıb.

Eyni zamanda qeyd olunub ki, Azərbaycan – Misir Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsi iki ölkə arasında ticarət əlaqələrinin inkişafına öz töhfəsini verə bilər.

Biznes forum çərçivəsində iki ölkədəki investisiya imkanları, Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlər barədə məlumat verilib, Misir şirkətlərinə ölkəmizə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirmək təklif olunub.

Tədbir B2B formatında görüşlərlə davam edib.

Azərbaycanın rəqəmsal məhsulları Misirə ixrac üçün geniş imkanlara malikdir.

Nazir qeyd edib ki, Misirə işgüzar səfər çərçivəsində Qahirə şəhərində iki ölkə şirkətlərinin iştirakı ilə keçirilən biznes forumda iştirak ediblər:

“Forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradacağına əminlik ifadə etdik. Azərbaycanın yüksək texnologiyalar parklarında İT şirkətləri üçün tətbiq edilən güzəşt və imtiyazlar barədə məlumat verdik. Ölkəmizin rəqəmsal məhsullarının Misirə ixracı imkanlarının geniş olduğunu diqqətə çatdırdıq”, – R.Nəbiyev vurğulayıb.

Image

Loading

Visited 10 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzində – FOTOLAR
Next: Ukraynanın bu şəhərində döyüşlər şiddətləndi

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.