Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 24
  • Nazir müavini: “İngilis dilinin tədrisində keyfiyyətin artırılması əsas hədəflərdən biridir”

Nazir müavini: “İngilis dilinin tədrisində keyfiyyətin artırılması əsas hədəflərdən biridir”

admin 24 Noyabr 2025 2 minutes read
BYfsxlKCxwmn0PmPPQiV6bwlSzURoqUmyOA0ywMk_825
PAYLAŞIN:

Azərbaycanda ingilis dilinin tədrisində miqyas problemi həll olunsa da, keyfiyyətin artırılması hələ də əsas hədəflərdən biridir.

Paraqraf.com  xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə BP və tərəfdaşlarının ingilis dili üzrə “Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi” layihəsinin təqdimatında bildirib.

Nazir müavininin sözlərinə görə, “ixtisaslı kadrların hazırlanması, təhsil məzmununun və texnologiyalarının yenilənməsi, rəqəmsal platformaların tətbiqi və ölkələrarası təhsil mübadilələrinin genişləndirilməsi bu istiqamətdə prioritet məsələlərdir”.

O bildirib ki, Azərbaycanda ingilis dili gənclər üçün strateji vasitəyə çevrilib: “Bu gün dünyada 1,5–2 milyard insanın ingilis dilində danışması Azərbaycan gəncləri və mütəxəssisləri üçün geniş imkanlar açır: “İngilis dili gənclərimiz, peşəkar təhsil mütəxəssisləri, iqtisadçılarımız və biznes nümayəndələri üçün qlobal əlaqələr qurmaq baxımından mühüm strateji alətdir. Artıq ümumi təhsil məktəblərinin 98–99 %-ində ingilis dili əsas xarici dil kimi tədris olunur”.

K. Kərimzadə xatırladıb ki, illər əvvəl xaricdə təhsil almaq istəyən, yüksək potensiallı gənclər ünsiyyət və danışıq bacarıqlarının zəif olması səbəbindən çətinlik çəkirdilər. Bu problem isə bu gün demək olar ki, aradan qalxıb.

O qeyd edib ki, son illərdə elektron dərsliklər, video dərsliklər və rəqəmsal məktəb platforması hazırlanıb, ingilis dilində on minlərlə məzmun formalaşdırılıb.

Loading

Visited 22 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan və Slovakiya parlamentləri arasında əlaqələrin inkişafı müzakirə olunub
Next: Kənan Kərimzadə: “Xarici dil müəllimlərinin 40 %-inin maaşı 35 % artırılıb”

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-05 at 23.25.50

Müəllimlik bitərsə, kainat bir heç olar.

admin 06 Mart 2026
KoatlgIQPOUwnsSbjHkzTAVYS639K8cRHitirXIS_1200

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

admin 05 Mart 2026
cBZDMTXUFVtnbyhDXf4WRJzwTFY2B9ubqdkiXMX5_1200

Emin Əmrullayev məktəb direktorlarına tədrisin keyfiyyətinin yüksəldilməsini tövsiyə edib

admin 04 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.