Skip to content
23 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 24
  • Muğam sənətinin bugünkü durumu – Murad Kəngərli ilə müsahibə

Muğam sənətinin bugünkü durumu – Murad Kəngərli ilə müsahibə

admin 24 Noyabr 2025 7 minutes read
Изображение WhatsApp 2025-11-24 в 21.47.41_96fcf43b
PAYLAŞIN:

Muğam Azərbaycan mədəniyyətinin əsrlərdən bəri yaşadılan ən dəyərli sərvətlərindən biridir. Müasir dövrdə isə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə muğama olan maraq daha da artıb. Bu marağın formalaşmasında dövlətin, xüsusən də mədəniyyət sahəsinə göstərilən diqqətin rolu böyükdür. Muğamın tədrisi, gələcək nəsillərə çatdırılması, müasir musiqi ilə sintezi və bu sənətin qorunması kimi məsələlər mütəxəssislərin daim gündəmindədir.

Bu istiqamətdə uzun illərdir pedaqoji fəaliyyət göstərən, Şuşa Turşsu uşaq musiqi məktəbinin müəllimi, muğam ifaçısı Murad Kəngərli ilə muğamın hazırkı vəziyyəti, gələcəyi və sənət yolundakı şəxsi təcrübələri barədə Paraqraf.com-a müsahibə verib söhbətləşdik. Müsahibəni təqdim edir:

– Murad bəy, muğamın bu gün Azərbaycanda və dünyada tanınma səviyyəsini necə qiymətləndirirsiniz?

– Muğam hazırda təkcə ölkəmizdə deyil, dünyada da kifayət qədər tanınır. Bunun əsas səbəbkarlarından biri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Onun apardığı mədəni siyasət nəticəsində muğam ifaçıları beynəlxalq səfərlərdə iştirak edir, ölkəmiz haqqında daha dolğun təsəvvürlərin formalaşmasına töhfə verir. Beləliklə, dünya ictimaiyyəti bizi yalnız neft ölkəsi kimi deyil, həm də zəngin musiqi irsinə malik bir xalq kimi qəbul edir.

– Muğamın müasir musiqi ilə sintez olunmasına münasibətiniz necədir?

– Muğamla müasir musiqinin sintezi olduqca maraqlıdır. Mən özüm də estrada müğənnisi Dilarə Kazımova ilə belə bir sintezdə çıxış etmişəm və deyilənə görə uğurlu alınıb. Tarixə baxsaq, Cazın Şahzadəsi adlandırılan Vaqif Mustafazadə caz–muğam sintezini yaradaraq “Tbilisi–78” festivalında laureat olub. Xanəndələr Arif Babayev, Alim Qasımov və başqaları da bu istiqamətdə cəhdlər ediblər və tamaşaçı rəğbəti qazanıblar.

Muğamın mahiyyətinə zidd olması məsələsinə gəldikdə isə düşünürəm ki, biz multikultural dəyərlərə sahib bir xalqıq. Ölkəmizdə mədəni, dini və etnik ayrı-seçkilik yoxdur. Bu müxtəliflik bizim zənginliyimizdir.

– Sosial şəbəkələrdə muğam ifaçılarının fəaliyyəti tez-tez müzakirə olunur. Bu haqda nə düşünürsünüz?

– Sosial şəbəkələrdə hər sahədə olduğu kimi peşəkarlar da var, qeyri-peşəkarlar da. Bu, bizi narahat etməməlidir. Əsas məsuliyyət sayt və platforma idarəçilərinin üzərinə düşür. Onlar peşəkar sənətçilərin təbliğində maraqlı olmalıdırlar. Çünki mədəniyyətimizin gələcəyi və milli kimliyimizin qorunması üçün layiqli sənətçilərin tanıdılması vacibdir.

– Estrada ilə müqayisədə muğam ifaçılarının qonorarları çox zaman aşağı olur. Bu, sənətdə motivasiyaya təsir göstərirmi?

– Doğrudur, müqayisə etsək, estrada ifaçıları daha yüksək qonorar alır. Amma nə qədər çətin olsa da, muğam bizim kökümüzdür. Yaxşı ifaçılar bu sənəti qoruyub saxlamalıdır, çünki muğam maddi meyarlarla ölçülə bilməyəcək qədər dəyərli sənətdir.

– Muğam irsinin formalaşmasında kimlərin rolu xüsusilə önəmlidir?

– Muğam irsinin bu günkü formaya salınmasında peşəkar Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov və Seyyid Şuşinskinin rolu ölçüyəgəlməzdir. Əgər bu iki dahi şəxsiyyət olmasaydı, muğam İran və ya digər xalqlardakı kimi daha bəsit formada ifa olunardı. Şuşa muğam ənənəsi bu gün bütün dərsliklərdə tədris olunur.

Şuşa bir müddət bizdən uzaq düşsə də, onun mədəniyyətini, yaratdığı dəyərləri heç vaxt unutmadıq. Artıq 15 ildir ki, Şuşanın Turşsu uşaq musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğulam və inanıram ki, tezliklə bütün Şuşa müəssisələri doğma yurdumuzda fəaliyyətini bərpa edəcək.

– Bu gün muğamın tədrisi hansı səviyyədədir?

– Hazırda muğam yüksək səviyyədə tədris olunur. Bunun ən bariz nümunələrindən biri televiziya muğam müsabiqəsidir. Xalqımız bu müsabiqə vasitəsilə gənc və perspektivli ifaçıların yetişməsini əyani şəkildə görür.

– Səhnə mədəniyyəti muğam ifaçısı üçün nə dərəcədə önəmlidir?

– Səhnə mədəniyyəti ilk addımdan – səhnəyə gəlişdən başlayır. Xüsusilə muğamda oturuşa böyük önəm verilir. Ən vacibi isə ifanın səhmənidir. Diksiya aydın, səlis və səliqəli olmalıdır ki, tamaşaçı həm başa düşsün, həm də zövq alsın.

– Sənətlə ailə arasında balans yaratmaq mümkün olurmu?

– Ailə ilə sənətin balansını qura bilən insan mənim üçün qəhrəmandır. Çünki adətən ailə sənəti üstələyir. Ağdam musiqi məktəbində Barat müəllim deyirdi ki, “karyera qur, sonra ailə”. Amma mən həmişə düşünmüşəm ki, insanın ən böyük sərvəti gözəl ailəsidir. Bu baxımdan özümü qalib sayıram. Sənət isə çox vaxt şansa bağlı olur — bəzən bir mahnı ilə bir gündə məşhur olmaq mümkündür.

– Hazırda hansı layihə üzərində işləyirsiniz?

– Hazırda türk dünyasında yeganə türkcə divana sahib olan dövlət xadimi, söz sultanı Şah İsmayıl Xətainin sözlərinə yazılmış bir muğam əsəri üzərində çalışıram. Ümid edirəm ki, yaxın zamanda tamaşaçılara təqdim ediləcək.

– Sonda muğam sənətinin gələcəyi barədə fikirlərinizi bilmək istərdik.

– Muğam əsrlərdən süzülüb gələn bir sənətdir və dünya durduqca yaşayacaq. Yeni nəslin içərisində kifayət qədər layiqli ifaçılar var. Atalar deyib: “Ot kök üstə bitər”. Sizə də milli musiqi nümayəndəsi olaraq diqqətiniz üçün təşəkkür edirəm.

Həsən Məmmədov

Paraqraf.com

Loading

Visited 98 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan XİN diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Bruneyi təbrik edib
Next: Ərdoğan: Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün diplomatik səylərimiz davam edəcək

OXŞAR MÖVZULAR

df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026
02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

admin 23 Aprel 2026
bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib 9e52d3c2-7ca0-403f-8f65-08873844dcea_1200

Azərbaycan voleybol yığmalarının Avropa Liqasında oyun cədvəli müəyyənləşib

23 Aprel 2026
Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək 7GDdBFyrGfD3fhRxh06T759sqnhqpvMyilA8WFjO_1200

Azərbaycanı Almaniyada keçiriləcək Avropa Kubokunda 39 cüdoçu təmsil edəcək

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.